Milli Məclisin növbəti plenar iclası bu tarixdə olacaq


Siyasət 28 Fev 2019 10:14:00 334 0

Milli Məclisin növbəti plenar iclası bu tarixdə olacaq

Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

Son.az Report-a istinadən xəbər verir ki, toplantının gündəliyinə 18 məsələ daxil edilib.

İclasda əvvəlcə Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsi dinləniləcək.

Deputatlar həmcinin "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Pasportlar haqqında", "Gənclər siyasəti haqqında" və s. qanunlara, o cümlədən Torpaq, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklik layihələrinə baxacaqlar. 

Son.az