Çexiya Azərbaycanın iri ticarət tərəfdaşlarının beşliyinə daxil olub


Digərləri 28 Fev 2019 10:07:06 199 0

Çexiya Azərbaycanın iri ticarət tərəfdaşlarının beşliyinə daxil olub

Çexiya Azərbaycanın iri ticarət tərəfdaşlarının beşliyinə daxil olub.

Bakı. Çexiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 2018-ci ildə 1,1 milyard avro təşkil edib. Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə 12 faiz çoxdur. Trend-in məlumatına görə, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib. O qeyd edib ki, bu göstərici ilə Çexiya Azərbaycanın böyük ticarət tərəfdaşlarının beşliyinə düşüb və 9-cu iri xarici investor olub.