Qum qasırğası 25 nəfəri xəstəxanalıq etdi – İranda


Digərləri 28 Fev 2019 09:44:00 191 0

Qum qasırğası 25 nəfəri xəstəxanalıq etdi – İranda

İranın mərkəzində yerləşən Kirman vilayətində qum qasırğası nəticəsində 25 nəfər xəstəxanaya yerləşdirilib.

Bakı. Elnur Bağışov – İranın mərkəzində yerləşən Kirman vilayətində qum qasırğası nəticəsində 25 nəfər xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bunu İranın Kirman vilayəti Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib. Belə ki, ötən gecədən rayonda başlayan qum qasırğası 19 kəndlə əlaqəni kəsib. 150-dən çox kənd güclü qum qasırğası ilə üzləşib.