Gədəbəydə 5 otaqlı ev yanıb


Digərləri 28 Fev 2019 09:14:00 210 0

Gədəbəydə 5 otaqlı ev yanıb

Gədəbəy rayonunda yanğın baş verib.

Son.az-a FHN-dən verilən məlumata səasən, rayonun Xarxar kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.