Azərbaycanın YENİ ən uzunömürlü sakini müəyyən edilib


Digərləri 28 Fev 2019 09:03:00 207 0

Azərbaycanın YENİ ən uzunömürlü sakini müəyyən edilib

Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin yeni ən yaşlı sakini müəyyənləşdirilib.

Son.az bildirir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.

Onun sözlərinə görə, yaş verifikasiyası aparılmış uzunömürlülər arasında ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişib:

"Tədqiqatlarımız hələ ki, Azərbaycanın cənub bölgələrində aparıldığından yalnız bu bölgələrin ən yaşlı sakini haqqında məlumat verə bilərik. Bu tədqiqatlara əsasən, hazırda ölkəmizin ən yaşlı sakini Lənkəran rayonu Sütəmurdov kəndinin 103 yaşlı sakini Mirzadə Cabbarova sayılır".