Bişmiş qoz


Digərləri 28 Fev 2019 08:59:00 347 0

Bişmiş qoz

Məhəmməd ibn İbrahim Cöfi nəql edir ki, bir kişi İmam Rzaya (a) qarın ağrısından şikayətləndi. O, ölüm həddinə gəlib çatmışdı. Həzrətdən onun üçün Allaha dua etməsini istədi. Artıq o qədər dərman içmişdi ki, bezmişdi. Dərmanlar heç bir kömək etmir, ağrısı bir qədər də şiddətlənirdi.

Həzrət təbəssüm edərək buyurdu:

- Xoşbəxt kişi! Bizim duamızın Allahın yanında ehtiramı var. Allahdan Öz qüvvəsi ilə sənə şəfa verməsini istəyirəm. Əgər ağrılar səni bir də tutsa, bükülsən, onda bir qoz götürüb oda at. Biləndən sonra ki, od onun içindəkini bişirib və qabığını dəyişdirib, onda ye, həmin saat ağrılar kəsəcək.