“5G” dünya iqtisadiyyatının həcmini 2,2 trilyon dollar artıracaq


Digərləri 28 Fev 2019 08:21:00 238 0

“5G” dünya iqtisadiyyatının həcmini 2,2 trilyon dollar artıracaq

Mobil rabitə operatorlarının maraqlarını təmsil edən "GSMA" Assosiasiyası beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) yayılması ilə bağlı proqnoz tərtib edib.

Son.az ICTnews-a istindən bildirir ki, ekspertlərin proqnozlarına görə, 2025-ci ilədək "5G" şəbəkələrinə qoşulan qurğuların sayı 1,4 milyarda çatacaq ki, bu da mobil bağlantıların ümumi sayının 15 faizini təşkil edəcək. Bununla yanaşı, bir sıra regionlarda göstərici daha yüksək olacaq. Məsələn, Avropada və Çində "5G" qoşulmalarının payının 30 faizə çatacağı, ABŞ-da isə onun 50 faizədək yüksələcəyi gözlənilir.  

2018-ci ildə "5G" şəbəkələri Cənubi Koreya və ABŞ-da kommersiya istifadəsinə verilib. 2019-cu ildə onun daha 16 böyük ölkədə istismara verilməsi gözlənilir. Assosiasiyanın hesablamalarına görə, hazırda dünya mobil rabitə operatorları kəskin rəqabət və hakimiyyət tərəfindən təzyiq şəraitində şəbəkələrin genişləndirilməsinə və modernləşdirilməsinə 160 milyard dollara yaxın investisiya yatırırlar.