Saniyədə 7 Gbit yükləmə sürəti


Digərləri 28 Fev 2019 08:11:00 248 0

Saniyədə 7 Gbit yükləmə sürəti

Keçən ilin sonunda Qualcomm şirkəti smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon X50 adlı özünün ilk 5G modemini təqdim etmişdi. Baxmayaraq ki, 5G şəbəkəsi hələ test rejimində çalışır və onun dəstəyini əldə edəcək smartfonlar hələ satışa çıxmağa hazırlaşırlar, Qualcomm şirkəti öz 5G modeminin ikinci nəslini təqdim edib. Söhbət, Snapdragon X55 adlı 5G modemdən gedir. Bu barədə Gagadget saytı xəbər verib

Son.az technote.az-a istinadən bildirir ki, yeni 5G modemin əsas özəlliyi isə onun yükləmə sürətindədir. Belə ki, Snapdragon X55 modemi saniyədə 7 Gbit yüklənməni təmin edir. Keçən ilin sonunda təqdim edilmiş Snapdragon X50 modemi isə saniyədə 5 Gbit yüklənməni təmin edir. Bununla yanaşı Snapdragon X50 modemi yalnız smartfonlar və Wi-Fi şəbəkələri üçün hazırlanıb. Lakin Snapdragon X55 modeminin istifadə sahəsi daha genişdir: Flaqman smartfonlar, stolüstü kompüterlər, mobil internet şəbəkələri, noutbooklar, planşetlər, artırılmış reallıq cihazları və avtomobil sistemləri.