Smartfon satışı 3 faiz azalıb


Digərləri 28 Fev 2019 07:41:00 189 0

Smartfon satışı 3 faiz azalıb

2018-ci ildə dünyada smartfonlara tələbat 2017-ci illə müqayisədə 3 faiz - 1,44 milyard ədədədək azalıb. Bu barədə "GfK" şirkətinin tədqiqatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, tədqiqata görə, smartfonlar ötən il istehlakçıların qlobal məişət texnikası və elektronika bazarında ümumi xərclərinin əsas hissəsini təşkil edib. 2019-cu ildə isə bazarda 1 faiz artım gözlənilir.

Şirkətin məlumatına görə, ötən il 522 milyard dollar dəyərində smartfon satılıb ki, bu da 2017-ci ilin göstəricisini 5 faiz üstələyib. Pul ifadəsində satış həcminin artımı bahalı modellər üçün davam edən dünya trendi ilə əlaqədardır. Belə ki, 2018-ci ildə satılan smartfonların təxminən 12 faizinin (bir il əvvəl 9 faiz) qiyməti 800 dollardan baha olub. Satılan texnikanın təqribən 46 faizi (2017-ci ildə 44 faiz) bir ədəd üçün 150-400 dollar təşkil edən orta qiymət seqmentinə aiddir.

Dördüncü rübdə dünyada smartfonun orta qiymətində 2 faiz - 384 dollaradək azalma qeydə alınıb. Tədqiqatda, həmçinin vurğulanır ki, daşınan qurğulara tələbat 16 faiz, satış həcmi isə 35 faiz yüksəlib.