Bıçaqla qorxutmaq istədi, amma...


Digərləri 28 Fev 2019 07:29:54 188 0

Bıçaqla qorxutmaq istədi, amma...

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qəsdən adam öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qəsdən adam öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi ötən gün başlayıb. Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Özünü ittihamlarda təqsirli bilən təqsirləndirilən şəxs deyib ki, Musa Babayevlə qonşu olub və mərhumla aralarında mütəmadi mübahisələr yaranıb: "Məni söyürdü, təhqir edirdi. Artıq onun təhqirlərindən bezmişdim. Sonra Musa məni görüşə çağırdı. Evdən bıçaq götürüb getdim. Onu bıçaqla qorxutmaq istəyirdim. Lakin həmin zaman məni yenə təhqir edib döydü. Mən də hadisə zamanı özümdə olmadım, bıçağı necə vurduğum da yadımda deyil. Evə gəldim, bacıma dedim. Bacım da atama dedi. Məni aparıb polisə təhvil verdilər. Həmin bıçağı da polisə təqdim etdim". Proses martın 6-da davam edəcək. İttihama görə, ötən il Binəqədi rayonunun Hökməli qəsəbəsində 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayaraq qətlə yetirib.