Beynəlxalq Muğam Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib


Digərləri 28 Fev 2019 02:37:56 312 0

Beynəlxalq Muğam Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Fevralın 25-də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşunda Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası nümayiş olunub.

Bakı. Fevralın 25-də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşunda Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası nümayiş olunub. Trend-in məlumatına görə, mərkəzin səhnəsində nümayiş edilən səhnə əsəri Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunub. Əsərin müəllifi Elnurə Abdullayeva, quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru respublikanın əməkdar artisti Loğman Kərimovdur.