Kişinin burnundan süd dişi çıxarıldı


Digərləri 27 Fev 2019 23:55:00 349 0

Kişinin burnundan süd dişi çıxarıldı

Bu nadir kliniki hadisə Danimarkada baş verib. Otorinolaringoloji klinikada 59 yaşlı kişinin burnunun müayinəsi zamanı həkimlər orda qəribə bir kütlə görürlər. Həkimlər kistdən şübhələnsə də, komputer tomoqraqrafiyası bunu təsdiqləmədi.

Son.az medicina.az-a istinadən bildirir ki, endoskopik əməliyyat zamanı çıxarılan bərk kütlənin formalaşmış bir diş olduğu məlum olub. Belə ki, pasiyentin burun boşluğundan süd dişi çıxıbmış. Bu dişin çıxarılmasından sonra pasiyenti narahat edən simptomlar, burun tıxanıqlığı aradan qalxıb.