Donor ölkələr Yəmənə 2,6 milyard dollar yardım ayırıb


Dünya 27 Fev 2019 23:32:00 247 0

Donor ölkələr Yəmənə 2,6 milyard dollar yardım ayırıb

Cenevrədə keçirilən konfransda vətəndaş müharibəsi şəraitində olan Yəmənə 2,6 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi barədə razılıq əldə edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin himayəsi ilə keçirilən konfransda təşkilatın baş katibi Antonio Quterreş razılaşmanı yüksək qiymətləndirib və əvvəlki illə müqayisədə bu il yardım üçün 30 faiz daha çox vəsaitin cəlb olunduğunu bildirib.