Əllərdə soyuqluq


Digərləri 27 Fev 2019 23:34:00 371 0

Əllərdə soyuqluq

El arasında çox vaxt deyirlər: "Əllərin soyuqdursa, deməli, qəlbin istidir". Doğrudanmı belədir? Bəs təbabət bu barədə nə deyir? Terapevt qəbuluna gələn xəstələr də bu sualla müraciət edirlər: "Həkim, əllərim niyə soyuq olur?".

Son.az bildirir ki, həkim-terapevt Məlahət Osmanova həmin sualın cavabını AZƏRTAC-ın müxbirinə belə izah edib: "Soyuq hava şəraitində əllərin və bədənin açıq sahələrinin üşüməsi təbiidir. Məsələ burasındadır ki, bəzi xəstəliklər nəticəsində yaranan soyuq əl hissi havanın temperaturundan asılı olmur. Bunun müxtəlif səbəbləri var. Məsələn, Reyno sindromu zamanı barmaqları qidalandıran qan damarları soyuq, yaxud stress nəticəsində sıxılır, krizis vaxtı barmaqlar üşüyür, göyərir və ağrılı olur. Damarlar əvvəlki vəziyyətinə qayıdanda isə əllər qızarır. Digər bir səbəb autommun xəstəliklərdir, buraya qırmızı qurd eşənəyi, sklerodermiya, revmatoid artrit və s. kimi xəstəliklər daxildir. Əsas xəstəlik vaxtında müalicə olunanda əl əlamətləri də zəifləyir. Hipotireozu qalxanvarı vəzi orqanizmin "termostateri" hesab edənlər haqlıdırlar. Onun funksiyaları zəifləyəndə orqanizmdə bütövlükdə mübadilə pozulması baş verdiyi üçün piylənmə, halsızlıq və üşümə əlamətləri baş verir. Anemiya zamanı qanda hər hansı səbəbdən yaranan dəmir çatışmazlığı nəticəsində qanın oksigenlə təchizatı pozulur və başağrıları, ümumi zəiflik, başgicəllənmə, təngnəfəslik kimi əlamətlərlə yanaşı bədən üzvlərinin, xüsusən də əllərin soyuması baş verir".

Əllərdəki soyuqluğun digər səbəbləri barədə məlumat verən həkim-terapevt deyib: "Başqa bir səbəb B12 vitaminin çatışmazlığıdır, həmin vitamin ən çox ət, toyuq, yumurta və süd məhsullarında olur, qanda hemoqlobinin miqdarına cavabdehlik daşıyır. Ona daha çox vegeterianlarda, 50 yaşdan yuxarı olanlarda, Kron xəstəliyi zamanı rast gəlinir. Həmin vitaminə olan tələbatı ödəməklə problemi həll etmək olar.