Yuxudan başağrısı ilə oyananlar


Digərləri 27 Fev 2019 23:39:00 367 0

Yuxudan başağrısı ilə oyananlar

Çox insanlar müntəzəm olaraq səhərlər, elə yuxudan oyanandan baş ağrılarından, baş sızlamasından, təzyiq oynamasından şikayətlənir. Əslində insan normal yatıb yuxusunu aldıqdan sonra dincəldiyindən başı səhərlər ağrımamalıdır. Bəs bu  əksinə baş verən prosesin səbəbi nədir?

Son.az medicina.az-a istinadən səhərlər baş ağrısının bir neçə səbəbini təqdim edir.

1.Siz yuxudan doymamısız

Orqanizmə sutkada 6-8 saat normal yuxu tələb olunur. Əgər insan bu normaya yaxın yatırsa, lakin günlərin bir günü bu normadan az və ya çox saat yatdıqda bədən panikaya düşür, özünü toparlaya bilmir, etiraz kimi reaksiyası baş ağrısı olur. 

Bu zaman qanda adrenalin və noradrenalin hormonları aktivləşir, nəticədə ürək döyünmələri sürətlənir, təzyiq dəyişir, baş ağrıyır.  Bu halda istənilən ağrıkəsici ağrını kəsir. Amma yuxunu və saatını qaydaya salmaq lazım olacaq. 

2.Həddən artıq çox yatmısız

Əgər yuxudan doymamaz, az yatmaq baş ağrı yaradırsa, deməli, normadan çox yatmaq da eyni hal yaşadır. Doktor Napolinin qeydinə görə, 9-10 saatdan artıq yatdıqda beyində serotonin hormonu azalır, qan dövranı pozulur, nəticədə baş ağrı yaranır.

Ona görə çox insanlar bazar günü çox yatanda dincəlmək əvəzinə, əksinə baş ağrı ilə üzləşirlər. Ona görə rejimdən çıxmaq olmaz. Bazar günü yatsanız da, saatı qurun ki, vaxtında oyana biləsiz.   

3.Endorfin hormonu azdır