"Sənət ticarətlə qarışanda məhvə doğru gedir"


Digərləri 27 Fev 2019 23:40:00 347 0

"Sənət ticarətlə qarışanda məhvə doğru gedir"

Bendeniz: Bu günün müğənniləri bir-biriləri ilə bahalı evlərinin olması uğrunda yarışırlar 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

90-cı illərə damğasını vuran Bendeniz uzun müddətdir ki, şou aləmində yox idi. Uzun müddətlik fasilədən sonra o, ara verdiyi musiqi aləminə geri dönüb. Keçmişdə daha çox məşhur olan ifaçı, şou cameəsinə gələr-gəlməz, yenidən gündəmi zəbt edib. Yeni işıq üzü görən "Best Of" albomu ilə Bendeniz yenidən musiqisevərlərin diqqətini özünə çəkməyi bacarıb. Türkiyənin tanınmış magazin qəzeti "Akşam"-ın tanınmış yazarı Bilgen Bülbülə müsahibə verən ifaçı, musiqi istehsal etdiyi müddətdə var olacağını deyib. Əsil adı Deniz Çelik olan müğənni Azərbaycanda da kifayət qədər məşhurdur. Xüsusilə də  1990-cı illərdə səsləndirdiyi mahnılar, albomları olduqca məşhur idi. Həmin illərdə ifaçının saç stili və modası dövrün ikonasına çevrilmişdi desək, yəqin ki, yanılmarıq. "Satmışım", "Güzeller güzeli" mahnıları ilə ötən əsrin ən çox dinlənilən və satılan albomlarından birinin sahibi olan ifaçı, müsahibəsində uzun müddətlik durğunluğunun səbəbini açıqlayıb. Onun səsləndirdiyi mahnılar nəinki Türkiyənin özündə, Avropada, Amerikada, Rusiyada böyük sevgi ilə qarşılaşmışdı. İndi isə ifaçının bu aləmə yenidən gəldiyi, özünə olan sevgini bərpa etməyə çalışdığı deyilir. Müğənni müsahibəsində tamaşaçıların sevgisini hər zaman hiss etdiyini bildirib.    - Uzun müddətdir mahnı oxumamağınızın səbəbi nədir?

- Normalda iki ildən bir albom çıxarıram. Ancaq hər il mahnı oxuyub, yeni albom hazırlayacam - deyə bir məcburiyyətim də yoxdur. İfaçıyamsa, qeyd etdiklərimi öhdəliyimə götürdüyümü hesab etmirəm. Çalışdığım illər ərzində bunun fərqinə vardım. Musiqi hazırlamaq uzun bir müddət tələb edir və sənət ticarətlə qarışanda məhvə doğru gedir. Bəlkə məşhur ola bilərsiniz, ancaq eyni sistemdə illərlə davam edəndə iz buraxan, tarixdə sözünü deyən əsərlər, mahnılar hazırlamaq çox çətinləşir. Digər tərəfdən, mən bir az tək qalmaq istəyirdim, ona görə uzun bir fasilə verdim.    - Musiqiyə ara verməmiş olsaydınız, indi hansı səviyyəyə qədər yüksələ bilərdiniz?

- Əgər tamaşaçıların qəlbində hakim olduğunuz, tutduğunuz bir yeriniz varsa, siz hər zaman onların qəlbində həmin yerdə olacaqsınız. Mənim ümumi bir dinləyici kütləm var və onlarla arama heç kim girə bilməz. Biz fərqli şəkildə tamaşaçılarla dil tapırıq. Onlar bilirlər ki, zamanı gələndə hər şeyin ən gözəlini tamaşaçılarım üçün edəcəm.    - Mahnılarınıza yeni nəslin daha çox diqqət göstərməyinin ən böyük səbəbi nədir?

- İnsanlar əsl musiqini dinləmək üçün darıxıblar. Akustik musiqi gerçəkdir. O sözlər, musiqi heç nə ilə bəzədilmədiyi üçün səsləndirdiyim mahnılar qəlbdən-qəlbə birbaşa yol tapır. Tamaşaçılar ifaçıların bu səmimiyyəti üçün acdılar. Yeni nəslin duyğusal gəncləri də səsimə və mahnılarıma laqeyd qala bilmədi. Bu da məni çox xoşbəxt etdi.   - Sizcə, 90-cı illərdəki musiqi ilə günümüzün musiqisi arasında ən böyük fərq nədir?