Qrip və soyuqdəymənin fərqi nədir?


Digərləri 27 Fev 2019 22:44:00 437 0

Qrip və soyuqdəymənin fərqi nədir?

Bir çox insan qrip və soyuqdəymə anlayışlarının sinonim olduğunu düşünür. Halbuki bunlar bir-birində tamamilə fərqli anlayışlardır. Qrip - qrip virusu tərəfindən törədilən infeksion xəstəlikdir. Son.az medicina.az-a istinadən bildirir ki, soyuqdəymə isə konkret xəstəlik deyil, orqanizmin soyuğa məruz qalması ilə yaranan narahatlıqdır.  

Qripin əlamətləri   Öskürək, burun axıntısı, yüksək temperatur - bu əlamətlər soyuqdəymənin olduğu kimi həm də qripin əlamətləri hesab edilir. Amma bu əlamətlər özünü müxtəlif şəkildə büruzə verə bilər. 

Qrip qəflətən temperaturun artması ilə başlayır ki, bu zaman hərarət 39-40 dərəcəyə qədər qalxa bilər. Hərarətlə yanaşı baş və əzələ ağrıları, yorğunluq və s. də müşahidə edilə bilər. 

Proflaktika 

Sağlamlıq üzrə ekspertlər virus xəstəliklərindən qorunmaq üçün əsasən insanların çox olduğu yerlərdən uzaq durmağı və əlləri tez-tez sabunlamağı məsləhət görürlər. Bundan əlavə, mövsümi qriplərdən qorunmaq üçün vaksin olunmaq da çıxış yolu hesab edilir. 

Soyuqdəymədən qorunmağın yolları isə məlumdur. Hələ ki, bu xəstəlikdən qorunmaq üçün  vaksin və ya başqa bir vasitə mövcud deyil.