Bu qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalıdır Vacib SƏBƏB


Digərləri 27 Fev 2019 22:20:00 336 0

Bu qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalıdır  Vacib SƏBƏB

Bildiyimiz kimi, Yaponiya alimləri qan qruplarının insan sağlamlığına olan təsirinin araşdırması ilə çox sıx məşğul olurlar.

Belə araşdırmalardan biri aşkar edib ki, 1-ci qan qrupu olanlarda digər qruplarla müqayisədə ciddi travma aldıqdan sonra ölüm riski daha yüksəkdir.

Bu səbəbdən mütəxəssislər qeyd edir ki, 1-ci qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalı, müxtəlif travma, qəza və s. bədbəxt hadisələrin profilaktikasına ciddi yanaşmalıdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimlər araşdırma zamanı 900 təcili yardım  xəstəsinin xəstəlik tarixçəsini araşdırıb. Məlum olub ki, 1-ci qan qrupu olanlarda ciddi travma zamanı ölüm riski 28%, digər qruplarda isə 11%-dir.