Bu qalmaqal hələ çox davam edəcək


Şou-biznes 27 Fev 2019 20:45:00 293 0

Bu qalmaqal hələ çox davam edəcək

Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı qalmaqal bitmək bilmir. 

Son.az axşam.az-a istinadən bildirir ki, müğənninin sosial şəbəkədə yayımladığı yeni video mübahisəni daha da alovlandıracaq. Belə ki, Xatun "Ay mənim göyçək qızım" mahnısını oxuyub. 

İfaçı paylaşdığı videoya "Mahnı gözəl qızlarımıza, gəlinlərimizə gəlsin. Rəhmətlik Məmmədbağır Bağırzadənin repertuarından bir mahnı. Mahnını mənəvi qızım Fatimənin şərəfinə oxuyuram. Artıq toylarda, xınalarda məndən anaların, ataların istədiyi bir mahnı olacaq. Hər kəs ürəyinin, niyyətinin və əziyyətinin çörəyini yeyir" sözlərini yazıb.  İzləyiciləri Xatunun yenə də Fatiməyə söz atdığını yazıblar.  Qeyd edək ki, Fatimə ilə Xatun arasında artıq bir ildən çoxdur qalmaqal yaşanıb.