Prokuror 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə cəza istədi


Kriminal 27 Fev 2019 20:47:00 313 0

Prokuror 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feliks Mendeleyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

İttihama əsasən, Özbəkistanda anadan olmuş, Azərbaycan vətəndaşı F.Mendeleyev "Sepra İnvest Ltd" şirkətinin direktorudur.