İcma rəhbəri: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də Ermənistanın işğalçı siyasətindən əziyyət çəkirlər


Digərləri 27 Fev 2019 20:38:10 273 0

İcma rəhbəri: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də Ermənistanın işğalçı siyasətindən əziyyət çəkirlər

İşğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “nümayəndələri”nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirən yersiz və qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğurmur.

Bakı. İşğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “nümayəndələri”nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirən yersiz və qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğurmur. Bunu Trend-ə özünü Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "prezidentinin müşaviri" qismində təqdim edən Tiqran Abramyanın erməni KİV-də səsləndirdiyi fikirlərə cavab olaraq Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib. T.Gəncəliyev deyib ki, T.Abramyanın səsləndirdiyi fikirlər bunu birmənalı şəkildə təsdiqləyir: "O, qoşunların təmas xəttində hazırkı vəziyyəti şərh edərək, vəziyyətin qiymətləndirilməsi üçün çoxsaylı amillərin nəzərə alınmalı olduğunu və Azərbaycanın təmas xəttində guya qeyri-stabillik yarada biləcək fəaliyyət apardığını iddia etmişdir. Tiqran Abramyanın və qondarma rejimin diqqətinə çatdırmaq istərdim ki, münaqişənin sülh yolu ilə birdəfəlik tənzimlənməsinin yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Bunun əvəzinə, qondarma rejimin “təmsilçilərinin” dili ilə qeyri-konstruktiv atmosfer yaradılması qəbuledilməz haldır.