Prokuror 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə cəza istədi


Digərləri 27 Fev 2019 20:25:00 295 0

Prokuror 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feliks Mendeleyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feliks Mendeleyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.