Taxıl anbarında 1 əl qumbarası və 55 müxtəlif çaplı patron aşkar edildi FOTO


Digərləri 27 Fev 2019 20:00:00 344 0

Taxıl anbarında 1 əl qumbarası və 55 müxtəlif çaplı patron aşkar edildi  FOTO

Füzuli rayonunda 1 əl qumbarası və 55 müxtəlif çaplı patron aşkar edilib. 

Bu barədə Son.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən bildirilib.   

Fevralın 27-si saat 16:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən keçmiş taxıl anbarında mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısız), 40 ədəd 7.62 mm-lik və 15 ədəd 5.45 mm-lik patronlaraşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 50 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbərə aid fotolar