Taxıl anbarında qumbara və patronlar tapılıb


Digərləri 27 Fev 2019 19:56:55 228 0

Taxıl anbarında qumbara və patronlar tapılıb

Füzulidə 1 ədəd F-1 əl qumbarası və 40 ədəd patron aşkar olunub.

Bakı. Füzulidə 1 ədəd F-1 əl qumbarası və 40 ədəd patron aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 16:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən keçmiş taxıl anbarında mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.