Bakıda 76 yaşlı qadını döyərək qızıl boyunbağını alan şəxslərə


Digərləri 27 Fev 2019 18:43:00 323 0

Bakıda 76 yaşlı qadını döyərək qızıl boyunbağını alan şəxslərə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 76 yaşlı qadını döyərək 2000 manatlıq qızıl boyunbağını ələ keçirən İlkin Məlikov və Kamran Gəncimaliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onların hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Sabir Abdinov çıxışında hər iki şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.