Prezident İlham Əliyev pensiya ilə bağlı qanunu təsdiqlədi


Siyasət 27 Fev 2019 18:49:00 313 0

Prezident İlham Əliyev pensiya ilə bağlı qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən 6-1-ci maddənin mətni aşağıdakı redaksiyada verilir:

"Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.";

Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.