Elmira Süleymanova: “Əhaliyə pulsuz verilən dərmanların siyahısı genişləndirilməlidir”


Digərləri 27 Fev 2019 17:41:00 258 0

Elmira Süleymanova: “Əhaliyə pulsuz verilən dərmanların siyahısı genişləndirilməlidir”

Dövlət hesabına dərman preparatları ilə təmin edilən, imtiyazlı qruplardan olan vətəndaşların şikayəti müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmamasıdır. Odur ki, tələbata müvafiq olaraq, hepatit, şəkərli diabet, hemofiliya və talassemiya xəstələri də xüsusi nəzərə alınaraq, "Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı"nda dövriyyədən çıxarılmışların yeni tövsiyə edilən dərmanlarla əvəz olunması zəruridir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsində bildirilib.

Sənəddə qeyd olunub ki, vərəm, hepatit, xərçəng və başqa xəstəliklərin, əqli pozuntuların baş verməsinə, işləmək və nəsilartırma qabiliyyətinin itirilməsinə səbəb olan narkomaniyaya, habelə virus xəstəliklərinə yoluxma ehtimalını artıran İİV/QİÇS, alkoqolizmə, toksikomaniyaya və tütün çəkməyə qarşı mübarizə gücləndirilməlidir.