“Mənim Universitetim – 100 il” layihəsinə start verilib (FOTO)


Digərləri 27 Fev 2019 17:38:00 208 0

“Mənim Universitetim – 100 il” layihəsinə start verilib (FOTO)

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Mənim Universitetim – 100 il” layihəsinə start verilib.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Mənim Universitetim – 100 il” layihəsinə start verilib. Universitetdən Trend-ə verilən məlumata görə, layihənin məqsədi Bakı şəhərinin bir neçə orta məktəbində yuxarı sinif şagirdləri ilə BDU tələbələrinin görüşünü təşkil etmək, onları bu ali təhsil ocağının fəaliyyəti barədə məlumatlandırmaqdır. İlk görüş Xəzər rayonunda yerləşən 181 və 183 saylı orta məktəbdə baş tutub. 181 saylı orta məktəbin direktoru Nazilə Məmmədova tədbiri açaraq Bakı Dövlət Universiteti haqqında ümumi məlumat verib.