"Əvvəllər yeniyetmələrdə erkən cinsi istək halları bu qədər olmurdu"


Digərləri 27 Fev 2019 17:16:00 211 0

"Əvvəllər yeniyetmələrdə erkən cinsi istək halları bu qədər olmurdu"

Bu gün cəmiyyətimizdə zorlanma faktları durmadan artır.

Bu problemin qarşısını almaq üçün nə etməli?

Çıxış yolları barədə psixoloq Aytən Ələkbərovanın Son.az-a müsahibəsini təqdim edirik:

Azyaşlılara seksual tərbiyə aşılanmalıdırmı?

- Azyaşlılarda seksual tərbiyə dedikdə, çoxları bunu dərhal qara-qura nələrisə düşünüb, o mövqedən yanaşılması düzgün deyil. Ümumi cinsəl tərbiyədən gedir söhbət, istər psixoloji, androloji və ginekoloji. Bu cür yanaşaraq bunların əsasında hansı nəticəni çıxara biləcəyimizdən danışaq. Yeniyetməlik yaş dövründə anatomik və fizioloji dəyişikliyi hiss edən valdeyn və müəllim bunun elmi açıqlamasıyla yeniyetmədə baş verəcək faciənin qarşısını almaqla müxtəlif maarifləndirici söhbətlər aparılmalıdır.

"Faciə" deyəndə nəyi nəzərdə tutursunuz?

- Faciə dedikdə, hər yeniyetmənin cinsi istəklərinin artması və onun xaotik yanaşması məhz orta məktəb dövründən başladığına görə məktəblərdə baş verən hadisələrə gətirir, bilmədən hisslərə qapanıb həm özünün, həm özü yaşda olan qızın taleyiylə oynamaq.