“Ünvanlı sosial yardım almaqla bağlı bəzi problemlər hələ də qalmaqdadır”


Digərləri 27 Fev 2019 16:33:00 189 0

“Ünvanlı sosial yardım almaqla bağlı bəzi problemlər hələ də qalmaqdadır”

Ünvanlı dövlət sosial yardımı almaq hüququnun təmin edilməsi ilə bağlı qəbul edilən qanunvericilik aktlarının tətbiqi prosesində aşkar edilən çatışmazlıqlar davamlı olaraq təkmilləşdirilməkdədir. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Ombudsman Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsində bildirilib.

Qeyd olunub ki, ailə təmsilçilərinə fərdi kommunikasiya vasitələrindən və infoköşklərdən istifadə etməklə müraciət etmək imkanı yaradılıb: "Buna baxmayaraq, süründürməçilik və pozuntularla bağlı şikayətlərin təhlili göstərir ki, bu sahədə bəzi problemlər hələ də qalmaqdadır".