Bakıda qadın evində gizlədilən silahsursatı polisə təhvil verdi


Digərləri 27 Fev 2019 15:29:00 199 0

Bakıda qadın evində gizlədilən silahsursatı polisə təhvil verdi

Polis əməkdaşları Bakıda qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat və profilaktiki tədbirlər həyata keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini olan qadın evinin çardağında idman çantasının içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermək istədiyini bildirib.