Azərbaycanın Baş naziri və Gürcüstanın Prezidenti birgə işçi nahar ediblər


Siyasət 27 Fev 2019 14:40:00 317 0

Azərbaycanın Baş naziri və Gürcüstanın Prezidenti birgə işçi nahar ediblər

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də birgə işçi nahar ediblər.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, səmimi söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.