Azərbaycan Premyer Liqasında XVIII turun rəmzi komandası


İdman 27 Fev 2019 14:14:00 408 0

Azərbaycan Premyer Liqasında XVIII turun rəmzi komandası

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turunun rəmzi komandası müəyyənləşib.

Goal.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, “InStat” şirkətinin təhlili əsasında "11-liy"ə "Zirə"nin 4, "Qarabağ"ın 3, "Qəbələ"nin 2, "Neftçi" və "Keşlə"nin hərəyə 1 futbolçusu düşüb.

Qapıçı: Kamran Ağayev (“Keşlə”) -2

Müdafiəçilər: Ansi Aqolli (“Qarabağ”) -3, Adrian Skarlatake (“Zirə”), Bəxtiyar Həsənalızadə (“Zirə”), Amin Seydiyev (“Qəbələ”)

Yarımmüdafiəçilər: Mfo Kqasvane (“Zirə”), Dilan Duventru (“Zirə”), Riçard Almeyda (“Qarabağ”) -3, Dani Kintana (“Qarabağ”) -4

Hücumçular: Canluka Sansone (“Neftçi”) -2, Ceyms Adeniyi (“Qəbələ”) -5

Həftənin ən yaxşı oyunçusu isə A.Aqolli seçilib.

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.