Xocalı şahidləri: "İlk hücumda bütün evlər yandırıldı" FOTO


Digərləri 27 Fev 2019 14:04:00 280 0

Xocalı şahidləri: "İlk hücumda bütün evlər yandırıldı"  FOTO

Xocalıda baş verənlər bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. 27 il keçməsinə baxmayaraq Xocalı soyqırımı böyükdən kiçiyə hər kəsin qan yaddaşındadır.

Son.az xəbər verir ki, report əməkdaşları fevralın 25-dən 26-a keçən gecə erməni vəhşiliklərindən canını güclə qurtaran ailələrlə həmsöhbət olublar.

Xocalı sakinlərinin bir qismi hazırda Goranboy rayonununda hündür mərtəbəli binalardan ibarət köçkün şəhərciyində məskunlaşıblar.

Qanlı faciənin canlı şahidləri o günləri xatırlamağın ağır olduğunu, həmin faciəni sözlə ifadə etməkdə çətinlik çəksələrdə gördüklərini və yaşadıqlarını "Report"un Qarabağ Mərkəzinin könüllüləri ilə bölüşüblər. 

Xocalı sakini Sürən Məmmədov: "Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olub. Fevralın 26-da  gecə saatlarında Xocalı ağır atıcı silahlardan atəşə tutuldu. Həmin gün hava dəhşətli soyuq idi qar yağmışdı. Xaçın çayını keçərək meşə yolu ilə Ağdam rayonuna üz tutduq. Həmin ərazidə ermənilər Xocalı sakinləri dəhşətli şəkildə qətlə yetirirdi. Oğlum, bacım, kürəkənim gözlərimin önündə öldürüldü. Bu dəhşətli anları heç vaxt unuda bilmirəm". 


Xəbərə aid fotolar