Andres Pastrana məcburi kockün ailələri ilə görüşdü FOTO


Siyasət 27 Fev 2019 14:07:00 319 0

Andres Pastrana məcburi kockün ailələri ilə görüşdü  FOTO

Avropa Mərkəzçi Demokrat İnternasionalın (MDİ) Prezidenti Andres Pastrana Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məskunlaşmış məcburi kockün ailələri ilə görüşüb.

Son.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasından (YAP) Trend-ə verilən məlumata görə, A.Pastrana məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub.

Görüşdə YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, MM-in deputatı Sevinc Fətəliyeva iştirak edib.

Qeyd edək ki, A.Pastrananın rəhbərlik etdiyi nümayəndə heyəti YAP-ın dəvəti ilə Bakıya səfərə gəlib.


Xəbərə aid fotolar