İntim görüntülərdə adları hallanan azərbaycanlı məşhurlar


Şou-biznes 27 Fev 2019 13:51:00 678 0

İntim görüntülərdə adları hallanan azərbaycanlı məşhurlar

Zaman-zaman intim görüntüləri mediaya sızdırılan məşhurlar, ölkə gündəmini zəbt etməyi bacarıblar. Kiminin görüntüsünün təsadüfən, kimininin isə bilərəkdən yayılması barədə də az söz- söhbət gəzməyib.

Son.az bildirir ki, "ölkə.az" adı seks qalmaqalında hallanan, məşhurlarla bağlı yazı hazırlayıb.

Tanınmış müğənni Elariz Məmmədoğluna aid olan videoda onun bir xanımla görüntüləri vardı. O zamanlar  bu video porno saytlarda "azərbaycanlı məşhurun intim videosu" adı ilə yayılıb.

Müğənni özü bu haqda heç bir açıqlama verməyib. Xatırladaq ki, Elariz Məmmədoğlu 2017-ci ildə "Green card"qalibi olaraq, ABŞ-da yaşamaq hüququnu qazanıb.

Xalq artisti Ağadadaş Ağayev də gizli videosu yayılan məşhurlar siyahısındadır. Gizli çəkildiyi hiss olunan videoda müğənni masa ətrafında oturan xanımlar üçün içkili vəziyyətdə mahnı ifa edirdi. 

Bu siyahıda olan növbəti məşhur müğənni Faiq Ağayevdir. İllər öncə mediaya sızdırılan videoda Faiq Ağayev olduğu iddia edilən şəxs həmcinsi ilə görüntülənmişdi. Bundan başqa xalq artistinin Röya ilə də intim videosu yayılıb. Sonradan bu görüntülərin klip çəkilişindən olduğu bildirildi. Klip illər əvvəl çəkilib və tamamlanmamış halda ikən kadrarxası görüntülər mediayaya yayıldığına görə yarımçıq qalmışdı. 

Əməkdar artist Röyanın sosial şəbəkələrdə yayılmış görüntüsü də müzakirələrə səbəb olub. Videoda müğənni Röyanın əxlaq normalarına yad olan hərəkətləri və söyüş söyməsi açıq-aşkar görünürdü. Qeyd edək ki, əməkdar artistin bu biçimdə bir neçə videosu olub.

Şəbnəm Tovuzlunun sevgilisiylə yayılmış intim  fotoları da bir müddət gündəmi zəbt etmişdi. Görüntülərdən sənətçinin həmin şəxslə isti münasibətdə olması aydın şəkildə görünürdü. Sonradan müğənni açıqlama yayaraq həmin şəxslə 10 il evli olduğunu bildirib.


Xəbərə aid fotolar