Arvadının ona xəyanət etdiyini bilən kişi “ideal plan” qurdu, özü tutuldu


Digərləri 27 Fev 2019 13:57:00 296 0

Arvadının ona xəyanət etdiyini bilən kişi “ideal plan” qurdu, özü tutuldu

Şəkinin Baltalı kəndində ailə münasibətləri zəminində qeyri-adi hadisə baş verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Şəkinin Baltalı kənd sakini Əskərov Seymur Şamil oğlu həyat yoldaşı Əskərova Həqiqət Əhməd qızı və 2 övladı ilə Bakı şəhərində kirayədə yaşayıb. Ancaq bu gənc ailə arasında tez-tez mübahisələr baş verdiyindən, qadın 2 övladını da götürərək kəndə üz tutub. Hər şey elə bundan sonra başlayıb...

Qadın kəndə qayıtdıqdan sonra Seymur Əskərov həyat yoldaşının Şəki şəhər sakini olan Əhmədov Əvəz Mahir oğlu ilə yaxın münasibətdə olmasını öyrənib. Və hər iki şəxsdən qisas almaq qərarına gəlib. Bu məqsədlə Seymur 2016-cı ilin 17 fevral tarixində Yasamal rayonunda kafelərin birində Zalov Səbuhi Tahir oğlu ilə görüşüb, bu işdə ona kömək etməsini xahiş edib. S.Zalov isə təklifdən imtina etməyib və onlar "ideal plan" hazırlayıblar.

Beləliklə, qurulmuş plan əsasında 18 fevral tarixində hər iki şəxs Baltalı kəndinə gəliblər. Kəndin Qarabulaq adlanan ərazidəki sahibsiz tikilidə əvvəlcədən gətirdikləri ip vasitəsi ilə Səbuhi Seymurun əllərini və ayaqlarını kürək nahiyəsindən bir-birinə bağlayıb, şalvarının belindən kəmərini çıxarıb, onun kürək nahiyəsindən bir neçə zərbə vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirib. Sonra isə Seymur Əskərov öz mobil telefon nömrəsindən Həqiqət Əskərovanın mobil telefon nömrəsinə Həsən adlı şəxs tərəfindən оnа qаrşı quldurluq hаdisəsinin törədilməsi ilə bağlı uydurma məzmunlu mesajlar yazıb, оnа qarşı ağır cinayət əməlinin törədilməsini səhnələşdirərək süni ittiham sübutları yaradıb.