Ronaldonun yeni biznesini nişanlısı idarə edəcək - FOTO


İdman 27 Fev 2019 13:13:00 321 0

Ronaldonun yeni biznesini nişanlısı idarə edəcək - FOTO

Juventus-un forvardı Kriştiano Ronaldo yeni biznesə başlayır.

Goal.az xəbər verir ki, portuqaliyalı Madriddə saç köçürmə mərkəzi açmağı planlaşdırır. Ulduz futbolçu bu işə 1,2 milyon avro sərmayə ayırıb. Gələcəkdə 29 belə mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. İspaniya paytaxtındakı mərkəzdə 150 mütəxəssis 18 kabinetdə çalışacaq. Hər gün 18 əməliyyat aparılacaq. Keçəllikdən can qurtarmaq istəyənlər bunun üçün 4 min avro ödəyəcək. Forvardın yeni biznesinə nişanlısı Corcina Rodriges nəzarət edəcək