SOCAR-ın Ukraynadakı əməkdaşları Xocalı soyqırımının 27-ci ildönümünü qeyd ediblər (FOTO)


Digərləri 27 Fev 2019 13:01:23 295 0

SOCAR-ın Ukraynadakı əməkdaşları Xocalı soyqırımının 27-ci ildönümünü qeyd ediblər (FOTO)

Ukraynada fəaliyyət göstərən SOCAR yanacaqdoldurma məntəqləri şəbəkəsinin işçi heyəti Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdiriblər.

Bakı. Ukraynada fəaliyyət göstərən SOCAR yanacaqdoldurma məntəqləri şəbəkəsinin işçi heyəti Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdiriblər. Trend-in məlumatına görə, Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “SOCAR Energy Ukraina”nın yanacaqdoldurma məntəqələrində bayraqlar endirilib, faciə qurbanları yad edilib.