Misirdə sərnişin qatarı alışıb:


Dünya 27 Fev 2019 12:57:00 226 0

Misirdə sərnişin qatarı alışıb:

Misirdə dəmiryol stansiyasında yanğın baş verib.

Son.az bildirir ki, Mirror-un təcili xəbərinə görə İsgəndəriyyədən Qahirənin ən iri dəmiryol stansiyası - "Ramsis"ə gedən qatar platformaya çatanda alışıb.

İlkin məlumata görə hadisə nəticəsində 15 nəfər ölüb, 20-dən çox yaralı var.

Sosial şəbəkələrdə hadisə ilə bağlı görüntülər yayılıb. Fotolarda bir neçə nəfərin hərəkətsiz halda platformada uzanması əks olunub.

Bəxtiyar Umarlı Son.az


Xəbərə aid fotolar