De Xea onu "ən bahalı qapıçı" edəcək təklifi qəbul etmir


İdman 27 Fev 2019 12:51:00 358 0

De Xea onu "ən bahalı qapıçı" edəcək təklifi qəbul etmir

Manchester United-in qolkiperi Devid de Xea klubun yeni müqavilə təklifini növbəti dəfə rədd edib.

Goal.az Evening Standard nəşrinə istinadən xəbər verir ki, ispaniyalı müqavilədə maliyə məsələsinin aydın olmadığını deyib. “Qırmızı şeytanlar” 5 illik müqavilə və həftəyə 407 min avro (ilə 20 milyon) təklif edib. Sövdələşmə Devidi planetin ən bahalı qapıçısına çevirə bilər. Klubla indiki müqaviləsi yayda başa çatır.

Manchester təmsilçisinin heyətində ən çox Aleksis Sançes qazanır. Çilili futbolçu həftəsinə 465 min avro alır.