Respublika Elmi-Texniki Kitabxanasında Xocalı soyqırımının qurbanları anılıb (FOTO)


Digərləri 27 Fev 2019 12:45:21 203 0

Respublika Elmi-Texniki Kitabxanasında Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Xocalı soyqırımının qurbanları anılıb

Bakı. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilib. Agentlikdən Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümünün yüksək səviyyədə keçirildiyini qeyd edərək faciənin qurbanlarının xalqımız tərəfindən daim ehtiramla yad olunacaqlarını bildirib. Tədbirdə qonaq qismində iştirak edən kinorejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərov hələ Sovetlər Birliyi dövründə iki xalqın nümayəndələrinin birgə yaşayış həyatı sürdüklərini xatırladaraq bir-birinə güllə atmayan, müharibənin nə olduğunu bilməyən insanların birdən birə silahlı toqquşmaların meydanında olmasını vurğulayıb. O, ikinci dünya müharibəsi dövründə xalqımızın nümayəndələri tərəfindən göstərilmiş qəhrəmanlıq nümunələrini qeyd edib və bu hadisələrin yaddaşlarda həkk olunduğunu diqətə çatdırıb. Artıq öz həyatımızda belə faciəvi hadisələrin şahidi olduqda bunun qəbul olunmasının çox dəhşətli olduğunu vurğulayan E.Cəfərov bu faciələrin heç də kədərli qəbul edilməməsini, bu hadisənin xalqımızın qəhrəmanlıq səhifələri olduğunu bildirib. Kinorejissor “Dolu” filminin yaradılmasından, çəkiliş meydanında baş vermiş hadisələrdən tədbir iştirakçılarına danışdı.