Nazirlik: Qubada həyətdə saxlanılan qonur ayı təbiətə buraxılacaq


Digərləri 27 Fev 2019 12:47:00 199 0

Nazirlik: Qubada həyətdə saxlanılan qonur ayı təbiətə buraxılacaq

Quba rayonunda fərdi təsərrüfatlardan birində adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər görülür.

Bakı. İlhamə İsabalayeva - Quba rayonunda fərdi təsərrüfatlardan birində adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər görülür. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonur ayı götürülərək baytar həkim tərəfindən müayinə olunacaq, sağlam olduğu təqdirdə vəhşi təbiətə buraxılacaq. Əgər ayıda hər hansı xəstəlik aşkar edilərsə o zaman ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil veriləcək və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq. Qanun pozucusu barəsində protokol tərtib edilərək o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunacaq.