KOBİA ilə Asiya İnkişaf Bankı arasında müzakirələr aparılıb


Digərləri 27 Fev 2019 12:31:00 217 0

KOBİA ilə Asiya İnkişaf Bankı arasında müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) nümayəndələri arasında görüşlər keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) nümayəndələri arasında görüşlər keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, dövlət-özəl tərəfdaşlığına (PPP) dair təşkil olunmuş görüşdə bu sahədə beynəlxalq mütəxəssis Rina Alzate dövlət-özəl tərəfdaşlığı üzrə tətbiq edilən modellərə dair geniş məlumat verərək, Azərbaycanda bu sahədə hüquqi-normativ və institusional inkişaf istiqamətində tədbirlər barədə fikirlərini diqqətə çatdırıb. Görüşdə həmçinin, AİB nümayəndələri ilə Agentliyin strukturuna daxil olan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyətinin səmərəli təşkili məqsədilə ekspert tərəfindən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış tövsiyyə və təkliflər müzakirə edilib.