Ombudsman televiziyaların fəaliyyətindən narazıdır: "Müvafiq qurumlara müraciət etdik..."


Digərləri 27 Fev 2019 11:59:00 238 0

Ombudsman televiziyaların fəaliyyətindən narazıdır: "Müvafiq qurumlara müraciət etdik..."

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) daxil olan müraciətlərlə yanaşı, mətbuatda yer alan məlumatlar əsasında da uşaq hüquqlarının pozuntusu ilə bağlı araşdırmalar aparır.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.

Bildirilib ki, televiziyada uşaqların psixikasına zərər gətirə biləcək məlumatların qanunla müəyyən olunan vaxtlarda verilməsi və ya xüsusi qeydlərlə göstərilməsi ilə bağlı müvafiq qurumlara müraciət edilib.