Qəbələdə narkotacir tutuldu


Kriminal 27 Fev 2019 11:49:00 332 0

Qəbələdə narkotacir tutuldu

Qəbələ sakinindən narkotik vasitə götürülüb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, ötən gün Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Emin Zamanov saxlanılıb.

Onun üzərinə şəxsi axtarış keçirilən zaman şəxsi istehlak miqdarından yuxarı həddə, yəni 0,186 qram heroin aşkar olunub. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış keçirilən zaman oradan 405 qram narkotik vasitə olan-qurudulmuş marixuana aşkar edilərək götürülüb.