Lalə Məmmədovanın zəncirvari plagiat qalmaqalı


Şou-biznes 27 Fev 2019 11:34:00 361 0

Lalə Məmmədovanın zəncirvari plagiat qalmaqalı

Əməkdar artist Lalə Məmmədova bir neçə gün bundan əvvəl "Çiçək" adlı klipini təqdim edib. Lakin həmin layihə çıxan gündən müzakirə olunmağa başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, musiqisi Nadir Əzimov, sözləri Rüstəm Behrudiyə məxsus mahnının plagiat olduğu iddia edilib.

Belə ki, sözügedən bəstənin Türkiyənin pop ulduzu Tarkanın "Çok ağladım" ( sözləri Ayça Z. Aydın (Miya), musiqisi Murat Matthew Erdem) mahnısından bəhrələndiyi qeyd olunub.

Hər iki mahnının girişindəki bənzərlik diqqətdən yayınmayıb. "Çok ağladım"ın aranjimanını Ozan Çolakoğlu, "Çiçəy"inkini isə Givi Usenaşvili edib.

Maraqlısı odur ki, əslində sözügedən bəstələrin hər ikisi müəlliflərinə aid deyil.