İranda zəlzələ: məktəblər bağlandı


Dünya 27 Fev 2019 11:37:00 218 0

İranda zəlzələ: məktəblər bağlandı

İranın İlam vilayətinin Abdanan rayonunda rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın İlam vilayəti Abdanan rayonu qubernatoru Sirus Murad Hasili deyib.

M.Hasilinin sözlərinə görə, 9 km dərinlikdə baş verən zəlzələ nəticəsində mənzillərin, ticarət və dövlət idarələrinin pəncərələri qırılıb və divarlarda çatlar əmələ gəlib.