Prezident İlham Əliyev Dominikan Prezidentini təbrik edib


Siyasət 27 Fev 2019 11:38:00 332 0

Prezident İlham Əliyev Dominikan Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Prezidenti Danilo Medinaya təbrik ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Dominikan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm".