İranda zəlzələ məktəbləri bağladı


Digərləri 27 Fev 2019 11:31:31 215 0

İranda zəlzələ məktəbləri bağladı

İranın İlam vilayətinin Abdanan rayonunda rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib.

Bakı. Elnur Bağışov – İranın İlam vilayətinin Abdanan rayonunda rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bunu İranın İlam vilayəti Abdanan rayonu qubernatoru Sirus Murad Hasili deyib. M.Hasilinin sözlərinə görə, 9 km dərinlikdə baş verən zəlzələ nəticəsində mənzillərin, ticarət və dövlət idarələrinin pəncərələri qırılıb və divarlarda çatlar əmələ gəlib.